Azərbaycanlı rejissor dayanacaqda öldü

TOP4
10:12 02.04.2019
4116
Rejissor Rövşən Almuradlı dayanacaqda qəflətən dünyasını dəyişib.

AZXEBER.COM ONA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Sumqayıt şəhərinin Sahil küçəsində dayanacaqda avtobus gözləyən sənətçinin qəflətən vəziyyəti pisləşib.

Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun ölüm səbəbi bilinmir.

Onun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 1954-cü il təvəllüdlü Rövşən Almuradlı "Cavad xan”, "Kleopatra”, "Padarçöl”, "Qudyalçay”, "Qobustan” kimi filmlərin müəllifidir.

OXŞAR XƏBƏRLƏR