Azərbaycanlı rejissor İran səfərinin məqsədini açıqladı - FOTOLAR
Bütün Xəbərlər
18:00 16.04.2013
891
Tanınmış klipmeyker Nail Naiboğlu İranda səfərdə olub.Rejissor müsahibəsində qonşu ölkəyə 3 günlük səfərinin həm iş, həm də istirahət məqsədi güddüyünü bildirib: "Düzdür, çox məhsuldar çalışıram. Demək olar ki, istirahətə vaxt ayırmıram. Düşündüm ki, həm işlə məşğul olaram, həm də dincələrəm. Tarixi yerlərdə olmağı sevirəm. Şərqi sevirəm, şərq tarixi ilə çox maraqlanıram. Ərdəbildə Şah İsmayıl Xətainin nəslinin məzarını da ziyarət etdim".Naiboğlunun səfəri ilə bağlı ən vacib xəbər rejissorun kino çəkilişlərinə başlaması olub: "Yeni bir filmin çəkilişlərinə start veririk. Filmdə texniki heyətin bir hissəsi İrandan olacaq. Müştərək iş üçün artıq ilk razılıq əldə olunub. Film melodram janrında çəkiləcək. Baş rollardan birini məşhur Azərbaycan müğənnisi oynayacaq. Adların açıqlamasına isə hələlik prodüserlər tərəfdən icazə yoxdur".Nail onu da deyib ki, filmə İran kinematoqrafçıları ilə yanaşı Rusiya və Türkiyədən texniki heyət cəlb olunacaq. Hətta aktyorlar arasında bizimkilərlə bərabər xaricilər də olacaq. Çəkilişlərə may ayının ortalarından start veriləcək.//anspress