Rusiyada 28 yaşlı Azərbaycan vətəndaşına qarşı cinayət işi qaldırılıb. O, polis əməkdaşını döyməkdə şübhəli bilinir.
AZXEBER.COM “Tulskie novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Tula vilayəti üzrə İstintaq İdarəsinin məlumatında bildirilir.Həmyerlimiz Rusiya Cinayət Məcəlləsinin 318 və 319-cu maddələri üzrə (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq və hakimiyyət nümayəndəsinin təhqir olunması) qaldırılıb.İstintaqın məlumatına görə, 1 noyabr 2013-cü il tarixində şübhəli şəxs Şyokino şəhərində yerləşən pizza müəssisəsində inzibati qanun pozuntusunun qarşısını almağa çalışan Rusiya Daxili İşlər Nazirliyinin Tula vilayətinin Şyokinski rayonu üzrə şöbəsinin post-patrul xidməti (PPX) müfəttişinin xidməti geyimindən yapışıb. Şübhəli şəxs polis əməkdaşının baş və bədən nahiyələrinə bir neçə yumruq zərbəsi endirmək istəyib, həmçinin çiyninə zərbə endirib, daha sonra müəssisə əməkdaşları və müştərilərinin yanında PPX müfəttişini söyərək təhqir edib.Hazırda sübut bazasının möhkəmləndirilməsinə yönəlmiş istintaq hərəkətləri davam etdirilir.Cinayət işinin araşdırması aparılır.