Azərbaycanlı Rusiya bankına bir milyonluq ziyan vurdu

Azərbaycanlı Rusiya bankına bir milyonluq ziyan vurdu
Bütün Xəbərlər
14:20 31.03.2015
1297
O, öz günahını etiraf edib.
Rusiyanın Kaluqa vilayətinin Federal İstintaq Bürosunun (FİB) əməkdaşları əslən Azərbaycandan olan Elvin Camal oğlu Allahverdiyevin qeyri-hüquqi fəaliyyətinə son qoyublar. O, dövlət iştiraklı banka, daha dəqiq “VTB24” QSC-yə zərər vurub.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayətkar müsbət kredit tarixçəsi olan vətəndaşları taparaq, onların adına qaytarılmaz kredit anlaşması bağlayır, banka iş yeri haqqında saxta sənədlər təqdim edirdi.
Beləliklə, saxta şəxslərin adına ümumilikdə 1 000 000 rubl məbləğində iki kredit götürülüb. E.Allahverdiyev hüquq-mühafizə orqanlarından gizlənib və axtarışa verilib. Keçən ilin dekabrında FİB idarəsinin əməkdaşları cinayətkarı saxlayıblar. O, günahını etiraf edib və işə xüsusi qaydada baxılmasını xahiş edib.
Martın 16-da Kaluqa vilayətində məhkəmə E.Allahverdiyevə ittiham hökmü çıxarıb. Kredit sahəsində fırıldaqçılığa görə ona iki il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilib.
Hökm qanuni qüvvəyə minib, Kaluqa vilayəti üzrə Rusiya FXB-nın mətbuat xidməti bildirib.
OXŞAR XƏBƏRLƏR