Azərbaycanlı Rusiyada yaşadığı evdə ölü tapıldı

KRİMİNAL
14:32 18.12.2019
2962

Rusiyada evdən azərbaycanlının meyiti tapılıb.

Moika.78.ru-nun xəbərinə görə, onu Vsevolojski rayonu Murino qəsəbəsində tanışı 35 yaşlı Əli adlı azərbaycanlı taparaq polisə xəbər verib.

O, polisə verdiyi açıqlamada evi şifahi razılaşma əsasında azərbaycanlı tanışına kirayə verdiyini deyib.

Təxminən bir həftə müddətində tanışından xəbər tutmayan Əli ona baş çəkmək üçün gəlib və qapını açan olmadıqda pəncərəni sındıraraq evə girib.

Hadisə yerinə gələn polislər tərəfindən divanda aşkar etdikləri cəsədin üz və qarın hissəsində xəsarətlər, eləcə də onun başını qoyduğu yastıqda qəhvəyi maddə müəyyən olunub.

Polis cəsədin 50 yaşlı azərbaycanlıya aid olduğunu bildirib.

Cəsəd ölüm səbəbi müəyyən edilmək üçün ekspertizaya göndərilib.

OXŞAR XƏBƏRLƏR