Azərbaycanlı şoumen məşhurlar ilə Fransada - FOTOLAR

MAQAZİN
11:00 30.07.2014
1471
"Bakılı oğlanlar" KVN komandasının üzvü Murad Dadaşov ailəsi ilə birlikdə istirahətə yollanıb.AZXEBER.COM-un məlumatına görə, xarici ölkələrdə dincəlməyə üstünlük verən məşhur şoumen Fransaya yollanıb. Gözəl istirahət etdiyini bildirən M. Dadaşov ötən gün dünya şöhrətli müğənni Stiv Uanderin konsertinə yollanıb. Konsertdə iştirak edən məşhurların sırasında rusiyalı müğənni Alsu, onun həyat yoldaşı Yan Abramov və Azərbaycanda da konsert proqramı ilə çıxış edən yumor ustası Aleksandr Revvala da olub.Zarafatları ilə daim hər kəsi güldürməyi bacaran şoumen konsertdə digər sənətçilər ilə bir araya gəlib video və şəkil çəkdirib. Dadaşov həmin görüntüləri İnstagram səhifəsində paylaşıb.
OXŞAR XƏBƏRLƏR