Azərbaycanlı tanınmış prodüser həbs edildi - FOTO

Azərbaycanlı tanınmış prodüser həbs edildi - FOTO
Bütün Xəbərlər
14:57 08.09.2012
2458
Azərbaycanda tanınmış prodakşn rəhbəri həbs edilib.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, o, vətəndaşın etimadını qazanaraq pulunu mənimsəyib.
Şirkət rəhbəri olan Emin Tofiq oğlu Mansurovu Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları sentyabrın 7-də qandallayıblar. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.
İşin istintaqını aparan müstəntiq Cavid Məmmədov açıqlamasında bildirdi ki, E.Mansurov bir qadının etimadını qazanaraq işə düzəltmə adı ilə 6000 manat pulunu alıb və verdiyi vədə əməl etməyib.
Qeyd edək ki, Emin Mansurov “MM production”ın rəhbəridir.
OXŞAR XƏBƏRLƏR