Azərbaycanlı tələbə İŞİD-in universitetə hücumunu lentə aldı - ÖZƏL VİDEO

Azərbaycanlı tələbə İŞİD-in universitetə hücumunu lentə aldı - ÖZƏL VİDEO
Bütün Xəbərlər
03:00 27.09.2014
4855
 İŞİD-i dəstəkləyənlər İstanbul Universitetinə hücum edib.

AZXEBER.COM xəbər verir ki, İstanbul Universitetinin Ədəbiyyat Fakültəsində İŞİD-ə qarşı açılmış bir afişa terrorçu qruplaşmanın dəstəkçilərini özündən çıxarıb. Nəticədə universitet İŞİD dəstəkçilərinin hücumuna məruz qalıb.

Belə ki, radikal dini qruplaşmaları dəstəkləyən tələbələrin yaratdığı "Müsəlman Gənclik" təşkilatının üzvləri əvvəlcə afişanın yığışdırılmasını tələb ediblər. 15 dəqiqə sonra isə əllərində mismarlı dəyənəklərlə fakultəyə hücum ediblər. Hücum zamanı bir tələbə başından yaralanıb. Polis 3 nəfəri saxlayıb.

İŞİD qalmaqalı ilə bağlı universitet rəhbərliyi detallı məlumat açıqlamayıb.

Qeyd edək ki, İstanbulda fəaliyyət göstərən ”Müsəlman Gənclik” Təşkilatının üzvləri arasında "Hİzbullah"ı da dəstəkləyən tələbələrin də olduğu bildirilir.

Həmin universitetdə oxuyan azərbaycanlı tələbələrdən biri İŞİD-çilərin aksiyasını lentə alıb və AZXEBER.COM-a təqdim edib.
OXŞAR XƏBƏRLƏR