Azərbaycanlı tələbə nazirlə görüşdü
AZXEBER.COM xəbər verir ki, dekabrın 9-da Koreya Respublikasının Seul şəhərində magistratura təhsili alan müxtəlif dövlətlərin 20-30 yaş arası dövlət qulluqçuları ilə görüş keçirilib. Görüşdə Azərbaycan, İndoneziya, və Monqolustan da daxil olmaqla 8 ölkədən nümayəndə iştirak edib.
Görüşə Koreya tərəfindən Koreya Respublikasının Kadr idarəetmə naziri cənab Kim Sonq Ho rəhbərlik edib. Görüşdə müxtəlif ölkələrin dövlət idarəçiliyi, gənclər siyasəti, kadrların idarə olunması, İKT, innovasiyalar və bir sıra sahələr üzrə fikir mübadilələri aparılıb.
Həmçinin kadrların idarə olunmasında innovativ həllərin tətbiqi və Koreya təcrübəsinin paylaşılması ilə əlaqədar gələcəkdə ölkələr arası tərəfdaşlığa xüsusi diqqət yetirilməsi vurğulanıb.
Azərbaycanı Sunqkyunkvan Universitetində "Dövlət idarəetməsi” magistratura proqramında təhsil alan Rüstəm Abdullazadə təmsil edib.
Qeyd edək ki, Rüstəm Abdullazadə Koreyaya KOİCA Təqaüd Proqramı ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən göndərilib.