Azərbaycanlı tələbə Türkiyədə bıçaqlandı

Azərbaycanlı tələbə Türkiyədə bıçaqlandı
Bütün Xəbərlər
07:58 23.10.2012
907
Türkiyənin Balıkesir şəhərində azərbaycanlı tələbənin bıçaqlanması ilə nəticələnən insident baş verib.
AZXEBER.COM-un “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.Məlumata görə, Balıkesir Anafartalar prospektində bir neçə şəxs arasında dava-dalaş baş verib. Polisin yaxınlaşması ilə dalaşanlar hadisə yerindən qaçsa da, bir müddət sonra onların davası davam edib.Dava vaxtı şəxsiyyəti naməlum olan azərbaycanlını sağ ayağının baldırından bıçaqlayan şübhəlilər hadisə yerindən qaçıblar. Şahidlərin bildirdiyinə görə, xəsarət alan azərbaycanlı tələbə qaçmağa çalışsa da az sonra yerə yıxılıb və yaxınlıqda olan şəhər sakinləri tərəfindən təcili yardım xəstəxanasına çatdırılıb. Onun yıxıldığı yerdə meydana gələn qan gölü hadisə şahidlərini təşvişə salsa da xəstəxanadan, yaralının vəziyyətinin stabil olduğu bildirilib.Qeyd edək ki, polis qaçan 3 şübhəlidən ikisini yaxalasa da, 1 nəfərin axtarışları davam edir.
OXŞAR XƏBƏRLƏR