Azərbaycanlı tələbə Türkiyənin baş naziri ilə görüşdü
GƏNCLİK
00:52 20.05.2012
1995
Böyük Britaniyanın York Universitetinin tələbəsi, York Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri, Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) idarə heyətinin üzvü və bu ölkə üzrə əlaqələndirici Ramin Həkimov Birləşmiş Krallıqda təhsil alan türkiyəli gənclər tərəfindən təsis olunan Tələbələrin Şəbəkəsinin (Network of Students) və Türkiyədə fəaliyyət göstərən Türkiyə Tələbələr Şurasının təşkilatçılığı ilə İstanbulda və Ankarada keçirilən tədbirlərdə iştirak edib. ASAIF-dən AzərTAc-a bildiriblər ki, tədbirin əsas məqsədi Böyük Britaniyada təhsil alan fəal gənclərin türkiyəli rəsmilərlə görüşlərinin təşkili, onların Türkiyə universitetləri ilə tanış olmaları, əlaqələrin yaradılması, şəbəkənin inkişaf etdirilməsi və beynəlxalq səviyyədə lobbiçilik fəaliyyətlərinin gücləndirilməsi olub. Tələbələrin Türkiyənin dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, yerli gənclər təşkilatları, universitetlərdəki görüşlərində həmyerlimiz R.Həkimov da fəal iştirak edib, ASAIF-in fəaliyyəti ilə bağlı məlumat verib.