Azərbaycanlı tələbələr Fransada Azərbaycan günü keçirdi - FOTOLAR

GƏNCLİK
10:40 17.04.2012
1601

16 Aprel tarixində Fransanın dördüncü böyük şəhəri Lille-də Azərbaycanlı tələbə Babək Cəfərov tərəfindən ölkəmizin təbliğinə həsr olunmuş Azərbaycan günü keçirilmişdir.

AZXEBER.COM-a verilən məlumatına görə, Fransanın öndə gedən biznes məktəblərindən biri olan İESEG School of Management-in ilk və hələlik yeganə azərbaycanlı tələbəsi olan Babək üniversitetin Beynəlxalq Biznes ixtisasında magistr təhsili alır və Azərbaycan Dövlət Neft Şirkətinin təqaüdçüsüdür.

Dünyanın dörd bir tərəfindən gələn tələbə və professorların qatıldığı tədbir üç saat davam etmiş və iki hissədən ibarət olaraq təqdim olunmuşdur. İlk rəsmi hissədə qonaqlara Azərbaycanla bağlı videolar göstərilmiş, ölkəmizin tarixi, inkişafı, iqtisadiyyatı, mədəni irs və müasir incəsənət nümunələri barəsində geniş məlumat verilmişdir. Tədbirin ikinci hissəsində isə Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Azərbaycan Dövlət Neft şirkətinin dəstəyi sayəsində iştirakçılara milli mətbəx nümunələrindən olan şəkərbura, paxlava, plov, dolma və s. kimi nemətlər, həmçinin müsiqi alətlərimiz - tar, kaman, saz, xalça, həmçinin digər incəsənət nümunələri təqdim olunmuşdur. Tədbir sonunda Azərbaycan haqqında iki dildə (ingilis və fransız dillərində) olan məlumat kitabçaları və jurnallar, milli musiqi diskləri və ARDNŞ tərəfindən göndərilən hədiyyələr iştirakçılara təqdim olunmuşdur.

Sonda tədbir iştirakçıları tədbirdən xoş təəssuratlarla ayrılmışlar.

OXŞAR XƏBƏRLƏR