Şimal Kipr Türk Cümhuriyyətində faciəvi hadisə baş verib.
Kiprdə təhsil alan tələbələrin AZXEBER.COM-a verdiyi xəbərə görə, Doğu Akdeniz Universitetinin tələbə yataqxanasında elektrik naqilinin qısa qapanması yanğına səbəb olub. Hava küləkli olduğu üçün yanğın daha da alovlanıb. Nəticədə yataqxanının 25 nəfər üçün nəzərdə tutulan otağı tamamilə yanıb. Tələbələr xəsarət almasalar da, onlara maddi cəhətdən xeyli ziyan dəyib, gündəlik istifadə olunan əşyalar yanıb.
O da xüsusilə qeyd edilir ki, yanğının daha böyük əraziyə yayılmasının qarşısını almaq mümkün olub, sadəcə, yanğınsöndürmə qüvvələri hadisə yerinə vaxtında gələ bilmədiyinə görə yataqxana binası çökmək təhlükəsi qarşısındadır.
Qeyd edək ki, Doğu Akdeniz Universitetində çoxlu saytda azərbaycanlı tələbə təhsil alıır