Azərbaycanlı ud ifaçısı dünya turnesinə çıxır - VİDEO
MƏDƏNİYYƏT
00:52 27.01.2012
3550
Dünən ud ifaçısı Vüqar Hüseynzadənin ilk klipinin təqdimatı olub. AZXEBER.COM-un məlumatına görə, “Yaz Xatirələri” adlanan klip daha çox xarici auditoriya üçün nəzərdə tutulub. Tədbirin təşkilatçısı, Avropa prodüseri Sultan AZXEBER.COM-a açıqlamasında bildirib ki, Vüqar Hüseynzadənin Türkiyədə və İsraildə konserti olacaq: "Vüqar Əlibaba Hüseynov və Məmmədbağır Bağırzadə kimi sənətkarların məktəbini görüb. Ona görə də mənim onun sənəti haqqında nəsə deməyim düzgün olmaz. Vüqar səviyyəli sənətçilərdən biridir. Mən onun hər bir işini dəstəkliyirəm və dəstəkləyəcəm də. Bizim bu ideya ilə udu canlanlandırdıq. Mənə elə gəlir ki, çox gözəl bir iş oldu. Bundan sonra udu Moskvada təbliğ etmək istəyirik. Ekskluziv olaraq sizə bildirirəm ki, İstanbulda Vüqar Hüseyinzadənin solo konserti olacaq. Bundan sonra İsraildə konsert planlaşdırırıq. May ayında isə Bakıda mini konsert verəcəyik”.AZXEBER.COM Vüqar Hüseynzadənin “Yaz xatirələri” klipini təqdim edir.