Azərbaycanlı uşaq Rusiyada bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanlı uşaq Rusiyada bədbəxt hadisə nəticəsində ölüb
HADİSƏ
23:59 15.08.2025
652
Rusiya Federasiyasında bədbəxt hadisə nəticəsində 3 yaşlı uşaq ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Moskva şəhərində qeydə alınıb.

3 yaşlı Amiral Seyidov ehtiyatsızlıqdan hündürmərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, uşağın atası əslən Cəlilabad rayonundandır.

O, uzun müddətdir ki, Rusiyada yaşayır.
OXŞAR XƏBƏRLƏR