Azərbaycanlı “vor zakon”u belə sındırdılar - ŞOK VİDEO

Azərbaycanlı “vor zakon”u belə sındırdılar -  ŞOK VİDEO
Bütün Xəbərlər
12:37 05.12.2014
15383

“Zayka”nın sındırılması telefonun yaddaşına çəkilib.

Qanuni oğru, “Zayka” ləqəbli Zaur Əliyevin işgəncə görüntülərini əldə etmişik.AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, Moskvada yerləşən “Matrosskaya Tişina” cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verib.

Azərbaycanda həbsdə olan məşhur qanuni oğru“Loti Quli”ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir qanuni oğruya -“Zayka”ya inanılmaz işgəncələr veriblər.

İşgəncələrdən sonra görüntüyə alınan“Zayka”“Loti Quli”haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətdiyinə görə üzr istəyir:

“Adım Əliyev Zaurdur. Ləqəbim “Zayka”dır. Bütün oğrulardan üzr istəyirəm. Bir səhvdir etmişəm. Qulidən üzr istəyirəm. Gəncəli Rəşad və Canpolad məni öyrədirdilər. Özləri də söyürdü və məni məcbur edirdilər ki, mən də söyüm”.

Məlumata görə,“Zayka” Moskvada“Loti Quli”nin kurasiyasında olan ticarət obyektlərini basır və ona buranın Quliyə aid olduğunu xatırlatdıqda, avtoritetin ünvanına kəskin ifadələr işlədirmiş. Hətta bir neçə dəfə məhz belə gərginlikdə“Loti Quli”ilə telefon əlaqəsi də yaradılıb və“Zayka” Azərbaycanda türmədə olan Qulini telefonda söyməkdən belə çəkinməyib.

Gecə barlarının birində qanunsuz daşıdığı silahla həbs olunan Zaykanın daha sonra “Matrosskaya Tişina”ya salınması isə vəziyyət daha da gərginləşib:“Loti Quli”nin tərəfdarları oğru dünyası üçün qəbuledilməz əməllərinə görə “Zayka”ya dəhşətli işgəncə veriblər və onu “sındırıblar”. Bu videodan sonra “Zayka”nın oğru titulundan məhrum ediləcəyi şübhəsizdir.

Qeyd edək ki, bu barədə ilk olaraq yazan “Aznews.az” saytı “Zayka”nın Rövşən Lənkəranskiyə yaxın olduğunu, ona görə də“Loti Quli”nin adamları ilə konflikt yaşadığını bildirmişdi.

Rusiya mediası da bu məsələyə yer ayırıb. Qeyd olunub ki,“Zayka” ləqəbli Zaur Əliyev Nazim Hümbətov və avtoritet Erdak Lənkəranski ilə birgə 30-a yaxın avtoritet tərəfindən döyülüb. Rusiya mediası dava prosesinin telefonla lentə alındığı və azərbaycanlı qanuni oğru“Lotu Quli”nin Azərbaycanda cəza çəkdiyi türmədəki kamerasına “canlı olaraq yayımlandığı” barədə də məlumat yerləşdirib.

Xatırladaq ki, video-çəkilişlərdə “Zayka”nın üzr istəməsi və sındırılması telefonun yaddaşına çəkilir və onun“Loti Quli”yə göndəriləcəyi şübhəsizdir.

Faktla bağlı cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR