Azərbaycanlı xanım Saakaşvilinin keçirdiyi müsabiqənin qaliblərindən oldu

MARAQLI
16:32 01.10.2021
1177
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin elan etdiyi müsabiqənin qaliblərindən biri də Nərgiz Əliyeva olub.

Bir neçə ay öncə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili, Gürcüstanın inkişafı üçün 50 ən yaxşı ideya müsabiqəsi elan edib.
 
Müsabiqə Gürcüstanda həyata keçiriləcək yeni islahatlar, yeniliklər üçün nəzərdə tutulubdur. Müsabiqəyə yüzlərlə ideya təqdim edilib, onlardan yalnız 20 nəfərin layihələri seçilibdir.

Qaliblər içində soydaşımız, Nərgiz Əliyeva da var.
 
Qeyd edək ki, Nərgiz Əliyeva Vahid Milli Hərəkat partiyasının, 2 oktyabr tarixində Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərində və referendumda Marneuli şəhəri üzrə majoritar deputatlığa namizədidir və proporsional qaydada siyahıda 3-cü yerdədir.

OXŞAR XƏBƏRLƏR