Azərbaycanlılar Dnepropetrovskini ayağa qaldırdılar - FOTO

GƏNCLİK
00:05 24.03.2013
2044
Ukraynada yaşayan həmvətənlərimiz xalqımızın ən sevimli bayramı olan Novruzu böyük təntənə ilə qeyd ediblər. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Elza Bəkirovanın AZXEBER.COM-a verdiyi məlumata görə, Dnepropetrovski vilayətinin Azərbaycan diasporası Novruz şənliyini açıq havada - Qlobe adına parkın mərkəzində keçiriblər.Bəzədilmiş faytonda meydana gələn Bahar qızı, milli geyimdə olan aparıcılar, rəqqaslar və nəhayət parkın ortasında qalanan tonqal yerli sakinlərin böyük marağına və heyrətinə səbəb olub. Azərbaycanlılarla yanaşı ukraynalılarla birlikdə yüzlərlə insanın ətrafına toplaşdığı Novruz şənliyi böyük konsert proqramı ilə davam edib. Konsert proqramının ardınca isə azərbaycanlıların hündür tonqalın üzərindən tullanması yerli sakinlərin təəccübləndirib. Bunun bir Novruz adəti olduğunu öyrənən yerli sakinlər özləri də tonqalın üstündən tullanıblar. Yüzlərlə insan tonqalın üzərindən 7 dəfə tullanaraq bu mərasimi həyata keçiriblər.Azərbaycanlıların bayram şənliyində ukraynalılar milli mətbəximizdən hazırlanan təamlardan - Novruz şirniyyatları şəkərbura və paxlavadan, plov və dolmamızdan dadmaq imkanı qazanıblar. Bayrama dəvət olunan bütün Dnepropetrovki sakinləri azərbaycanlıların şad günündə onlarla birlikdə olublar.

OXŞAR XƏBƏRLƏR