Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 11,0 milyard manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz çox istehlak malları satılıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, istehlak mallarının 1,4 milyard manatı hüquqi şəxslərin, 5,1 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 4,5 milyard manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub. Elektron ticarətin həcmi 905,1 min manat olub.