Azərbaycanlılar hamilə qadını vəhşicəsinə döydülər

Azərbaycanlılar hamilə qadını vəhşicəsinə döydülər
Bütün Xəbərlər
11:30 19.08.2013
2771

Hadisə ötən həftənin ortalarında Yekaterinburqda baş verib.

Avqustun 14-də canilər “Tayota Kemri” markalı avtomobildə 29 yaşlı qırğız qadını Bauman küçəsindəki evindən aparıblar. Gün.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Canilər qızı Ximmaş mikrorayonuna, qaraj massivinə aparıblar və orada əl-qolunu bağlayaraq səhərə qədər döyüblər. Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsinin məlumatına görə, hadisə barədə qadın özü polisin növbətçi hissəsinə şikayət edib. Qadının sözlərinə görə, avqustun 14-ü səhər saatlarında Bauman küçəsindəki evin təqribən yaxınlığında 42 yaşlı azərbaycanlı tanışı və 19 yaşlı cavan oğlan onu elektroşokla hədələyərək qara avtomobilə mindiriblər. “Qadını Ximmaş rayonunda anbara gətiriblər. Burada onun əl-qolunu, ağzını bağlayaraq döyməyə başlayıblar. Qadında qanaxma başlayıb. Bunun acı nəticələrindən qorxan zalımlar onun əllərini açaraq evinə gətiriblər. Üz-gözünü və paltarını təmizlədikdən sonra xəstəxanaya gətiriblər”, - deyə məlumatda bildirilir. Nəticədə həkimlər gənc qadının iki aylıq hamiləliyini dayandırmaq məcburiyyətində qalıblar. Bundan əlavə, şikayətçi telefonunun və zinət əşyalarının da oğurlandığını qeyd edib. Axtarış tədbirləri nəticəsində hər iki şübhəli şəxs - qadın və cavan oğlan saxlanılıb.

 

OXŞAR XƏBƏRLƏR