“Çin səddində hələ heç kim bunu etməmişdi”.
Çinə səyahət edən azərbaycanlıların maraqlı videosu yayılıb.
AZXEBER.COM AzNews.Az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda həmyerlilərimizin Böyük Çin səddi üzərində milli rəqsi yer alıb.
Videonun maraqlı tərəfi budur ki, gənclər azərbaycanlı müğənni Eyyub Yaqubovun “Xızı dağları” mahnısının sədaları altında rəqs ediblər.
Sosial şəbəkə istifadəçiləri azərbaycanlı turistlər haqqında “Çin səddində hələ heç kim bunu etməmişdi” şərhini yazıblar.
Qeyd edək ki, Çin səddi insan əli ilə düzəldilmiş yeganə tikilidir ki, kosmosdan görünür. Bu nəhəng qurğunun əsas materialı dağ süxurları və torpaqdır. Ona kərpicdən üzlük də çəkilib.
Çin səddi 1987-ci ildən etibarən YUNESKO tərəfindən mühafizə olunur.