Azərbaycanlıları təhqir edən ssenarist danışdı - YAHŞİ CAZİBƏ

MARAQLI
10:34 18.06.2012
3989

Xəbər verdiyimiz kimi, ssenari müəllifi Gani Müjden olan və 2 ildir ATV-də yayımlanan komediya serialı “Yaxşı Cazibə” hər kəsi təəccübləndirən bir finalla yayımına son qoyub.

Serial boyu mələk kimi müsbət obrazı canlandıran azərbaycanlı Cazibə birdən-birə şeytana dönüb və kişiləri dolandıran bir qadına çevrilib. Finalın belə olması hər kəsi şoka salıb və hamı bu hərəkətə görə ssenarist Gani Müjdeni günahlandırıb.

AZXEBER.COM-un məlumatına görə, ssenarist artan tənqidlərdən sonra şəxsi "tvitter" səhifəsində məsələyə münasibət bildirib. O ittihamları yersiz adlandırıb: “Finalda azəri qadınlarının təhqir olunduğunu deyən dostlar, serialın 92-ci bölümündə yerdən yerə vurduğum Simgə də türk vətəndaşı idi. Yersiz ittiham etməyin”.
OXŞAR XƏBƏRLƏR