Azərbaycanlıların aksiyasında Sarkozini tualet kağızı etdilər

Azərbaycanlıların aksiyasında Sarkozini tualet kağızı etdilər
Bütün Xəbərlər
12:00 27.02.2012
1471

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin İstanbul şəhərində “Hocalıyız” adlı aksiya təşkil edilib. Aksiyada 300 mindən çox insan və Azərbaycandan çoxsaylı qonaqlar iştirak edib.

AZXEBER.COM-un əməkdaşının İstanbuldan verdiyi məlumata görə, aksiyada maraqlı hadisə yaşanıb. Belə ki, aksiya zamanı türkiyəli iş adamı Erol Akdeniz iştirakçılara “Sarkozy” markalı tualet salfeti paylayıb. Əməkdaşımız iş adamının Fransa senatında qondarma “erməni soyqırımını” inkar edənləri cəzalandırmağı nəzərdə tutan qanun layihəsinə əsəbləşdiyi üçün belə bir addım atdığını söyləyib. Onun sözlərinə görə, Erol Akdeniz gələcəkdə eyni marka ilə zibil torbası və körpə bezi də istehsal edəcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR