Azərbaycanlıların kəşfi bütün dünyaya səs saldı

Azərbaycanlıların kəşfi bütün dünyaya səs saldı
Bütün Xəbərlər
16:58 07.02.2012
1833

Türkiyədə kimya mühəndisi Səncər Bulud Azərbaycan vətəndaşları Bəhruz Əsədov və Həsən Əkizovla birlikdə nano gümüşlü dezinfeksiya məhlulu istehsalında böyük nailiyyət əldə edib.

Səncər Bulud həmyerlilərimizin ideyasına altı ildə 10,5 milyon dollar vəsait yatırdıqdan sonra nəhayət, bazara “Hijyo Wab” adlı məhsul çıxarıb. Artıq ticarət mərkəzləri və xəstəxanalardan “Hijyo Wab” üçün sifarişlər gəlməyə başlayıb. İlk müştərilər sırasında Cərrahpaşa Tibb Mərkəzi, İzmir və İstanbul xəstəxanaları var. 

Hazırda qurduğu “WISION Medical” şirkətinin baş direktoru olan Bulud təmizliklə bağlı məhsullarının müştəriləri sırasında bir sıra sabun firmalarının olduğunu da bildirib. Həmin firmalar “Hijyo Wab”-ı istehsal etdikləri sabunun içərisinə qatmaq istəyir. Məqsəd anti-bakterial sabun istehsal etməkdir. Sencer Bulud Azərbaycan, Rusiya, Belarus və Ukraynadakı xəstəxanalarla danışıqlar apardıqlarını söyləyib. O, Serbiya, Qazaxıstan, Kanada, ABŞ və Avstraliyada da araşdırmalar apardıqlarını, böyük şirkətlərlə ortaqlıq barədə razılaşma əldə etməyə yaxın olduqlarını qeyd edib. O, həmçinin pərakəndə satış üçün sprey də istehsal etdiklərini bildirib. Sprey xalça və palaz üzərinə vurularaq bir ay ərzində insan orqanizminə lazımlı deyil, zərərli bakteriyaları öldürmək qabiliyyətinə malik olacaq.

Ans Press

OXŞAR XƏBƏRLƏR