Azərbaycanlıların puluyla varlanan erməni - ARAŞDIRMA

Azərbaycanlıların puluyla varlanan erməni - ARAŞDIRMA
Bütün Xəbərlər
16:49 07.10.2012
3088

Həmtəsisçisi Ovanes Poqosyan olan şirkətin nümayəndəliyi Azərbaycanda aviabilet satmaqla məşğuldur

Bir müddət əvvəl, yəni bu ilin iyul ayında ANS Press-də həmstəsisçisi erməniəsilli Ovanes Poqosyan olan beynəlxalq şirkətinAzərbaycanda nümayəndəliyinin fəaliyyət göstərməsi ilə bağlı məlumat dərc edilmişdi.

Bildirilirdi ki, beynəlxalq internet layihəsi şəklində (onetwotrip.com) fəaliyyət göstərən şirkətin Azərbaycanda nümayəndəliyi var və bu nümayəndəlik dizaynı əsas saytla eyni olan və eyni bazadan qaynaqlanan “onetwotrip.az” saytı vasitəsilə sərbəst şəkildə biletlərin satışı ilə məşğuldur. Lakin bu məlumatın ciddiliyi nədənsə lazımi reaksiya ilə qarşılanmadı.

ANS Press bildirmişdi ki, dünyanın 500 aviaşirkəti, o cümlədən AZALilə əməkdaşlıq edən “onetwotrip” gündə təxminən 700 bilet satır və aylıq dövriyyəsi 6 milyon dollardır.

Daha sonra – 2012-ci il sentyabrın 17-də  bu saytla və şirkətlə bağlı mətbuatda məlumat dərc olundu. Bir az sonra, sentyabrın 24-də isə bu şirkətlə PRESS peşəkarlıq normalarından kənara çıxaraq və araşdırmadan “pres-reliz” xarakterli məlumatı dərc etdi. Təkzib xarakteri daşıyan bu materialda nə deyilir:

“Son zamanlar Azərbaycan internet məkanında “Onetwotrip” şirkəti haqqında həqiqəti əks etdirməyən böhtan xarakterli xəbərlər dərc olunur. Biz “Onetwotrip” şirkəti olaraq bəyan edirik ki, şirkətimiz biletlərin onlayn rezervaziyası və satışı sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkətin sahibləri isə Petr Kutis və “Phenomen Ventures” beynəlxalq fondudur.

“Onetwotrip” şirkəti internetdə bilet almaq üçün ən etibarlı və müasir bilet alışı sistemidir. İnternet layihəsi Sizə vaxtınıza qənaət etmək və bir neçə dəqiqə ərzində dünyanın istənilən yerinə lazımi bilet almağa imkan yaradır”.

Qəribədir, ANS Press izə düşdüyü halda araşdırmanı yarımçıq buraxıb və təkzib məlumatı verib. Halbuki, skan versiyada və ya digər şəkildə Ovanes Poqosyanın şirkəti tərk etdiyi və ya ümumiyyətlə belə bir adamın şirkətlə əlaqəsi olmadığı sübuta yetirilməliydi. Çünki başqa internet resurslarında mövcud olan məlumatlarda Poqosyan layihənin həmtəsisçisi kimi göstərilir və onun getməsi, ayrılması haqda heç nə yoxdur.

... Və mən, təsadüfən qarşıma çıxan bu şirkətin və adların izinə düşməyi qərara aldım. İlk olaraq“ana layihə”dən başlamaq lazım idi.

Beynəlxalq şirkətin dörddilli saytında (Azərbaycan,ingilis, rus və alman dilləri) “layihə haqqında” bölmədə sahibkarların adı yazılmasa da, əlaqələr bölməsində Rusiyadakı baş ofisin telefon nömrəsi vəAzərbaycan nümayəndəliyinin məlumatları var (girdiyiniz ölkədən asılı olaraq nümayənəliyə yönləndirilirsiniz). “Onetwotrip.az” saytının isə rəsmən sahibi Kamran Rəhimov adlı şəxsdir. (Mənbə NT.AZ)

Keçək onların ANS PRESS-də adlarını hallandırdıqları Pyotr Kutis“Phenomen Ventures” Fondu haqqında məlumatlara. Rusdilli oxucularım linklə tanış olmaq üçün çətinlik çəkməz. ANS Press tərəfindən ikinci sahib kimi göstərilən, mail.ru-nun da sahiblərindən biri olan Dmitriy Falkoviçin rəhbərlik etdiyi fond yalnız adıkeçən şirkətin bir səhmdarıdır və sentyabrın əvvəllərində 9 milyon dollar ilə investor olub. Dimtriy Falkoviç isə layihənin idarə heyətinin üzvü olub. Amma şirkətin təsisçiləri, layihəni 2001-ci ildə 1 milyon dollarla işə salmış Ovanes Poqosyan və Pyotr Kutis təsisçi səlahiyyətlərini, paylarını özlərində saxlayıblar.

Bundan əvvəl “Mainpeople” layihəsini işlətmiş Ovanes Poqosyan Kutislə birgə “onetwotrip”i açıb və an geci bir il ərzində əsas hədəf olaraq Azərbaycanı götürüb. Niyə? Çünki Azərbaycan son 1 il ərzində müxtəlif beynəlxalq tədbirlərin və müsabiqələrin ev sahibi olub. Saytında rahat bilet satışı həyata keçirən bir şirkət niyə ölkəmizdə nümayəndəlik açmasın və il ərzində minlərlə hava bileti (Başqa ölkələrdən Azərbaycana və Azərbaycandan başqa ölkələrə) satmaq imkanından yararlanmasın? Ermənilər Ermənistandan qaçdığı halda, erməni biznesmen öz ölkəsinə yatırım edəcək qədər səfeh deyil ki... Bu biznesdə gediş-gəliş çox olan ölkələrlə işləmək mühüm amildir.

Belə olduğu halda, bizim bu şirkətdən aldığımız biletlərin komisyon faizləri Moskvada yaşayan bir erməni işbazın cibinə axır. Diqqət yetirdinizsə, əsas saytdakı 4 dildən biri Azərbaycan dilidir. Bu şirkət ölkəmizə böyük maraq ayırır və nümayəndəliyinə tam maddi dəstək verir. Bunun isə bariz nümunəsi olaraq facebook sosial şəbəkəsində belə geniş reklam kompaniyası başladılıbdır. Bəs Azərbaycan niyə erməni işbazın ortağı olan bir şirkətə maraq göstərir? Onun nümayəndəsi olan Kamran Rəhimov hansı ideallara xidmət edir görəsən? Araşdırmalar davam edir bu şirkətə Azərbaycandan dəstək verən şəxslər müəyyən olunaraq sizə bildiriləcəkdir. Araşdırmacı jurnalist Fuad Hacıyev və Rüfət Əhmədzadə.

OXŞAR XƏBƏRLƏR