Azərbaycanlını öldürən erməni azadlığa buraxıldı

Azərbaycanlını öldürən erməni azadlığa buraxıldı
Bütün Xəbərlər
17:33 22.10.2015
1135
Yerevanın Nor-Maraş və Kentron inzibati rayon məhkəməsi əslən azərbaycanlı olan İran vətəndaşı Pur Mirzə Bəyi öldürdüyü üçün ömürlük həbs cəzası alan Soqomon Köçəryanı azadlığa buraxıb.
Mnatsakan Martirosyan müttəhimin sağlamlıqla bağlı problemlərini nəzərə alaraq Soqomonyanın cəzasını azadlıqda çəkməsinə qərar verib.
Dağlıq Qarabağ müharibəsi zamanı kəşfiyyatçı kimi Azərbaycana qarşı təcavüzdə iştirak edən Köçəryan 1995-ci ildə Ermənistana ərzaq gətirən yük maşınının sürücüsü Pur Mirzə Bəyi ölkəyə narkotik gətirməkdə ittiham edərək Qoris-Qapan yolunun yaxınlığında tapança ilə güllələyib.
Bundan başqa, o 2004 və 2009-cu illərdə saxlanıldığı “Nubaraşen” həbsxanasından 2 dəfə qaçıb. (modern.az)
OXŞAR XƏBƏRLƏR