Azərbaycanlını qız üstündə boğub öldürdülər

Azərbaycanlını qız üstündə boğub öldürdülər
Bütün Xəbərlər
11:48 27.10.2014
865
Cinayətkar saxlanılıb.
2014-cü ilin sentyabrın 29-da Yelizovo şəhərində Polovinka çayında 53 yaşlı Azərbaycan vətəndaşının zorakılıb əlamətləri, başı nahiyəsində çoxsaylı yaraların olduğu cəsədi tapılıb.
Bu fakt üzrə Yelizovo şəhərində RF CM 105 m. 1 b. (qətl) üzrə cinayət işi açılıb.
Məhkəmə tibbi ekspertizanın çıxarışına görə zərərçəkən mexaniki asfiksiya, nəfəs yollarının su ilə tutulması nəticəsində ölüb.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən şəxs müəyyən edilib. Bu 28 yaşlı Çita şəhərinin sakini olub. O, Kamçatka ərazisinə qazanc üçün gəlib, amma işverən ilə heç bir əmək münasibəti olmayıb. Cinayəti törətdikdən sonra elə həmin gün Vladivostoka uçub, ordan isə qatarla Çitaya gedib.
Oktyabrın 16-da şübhəli bilinən şəxs Çita şəhərinin Mərkəzi rayon məhkəməsinin qərarı ilə həbs edilib. Hal-hazırda cinayətkar Kamçatka vilayəti ərazisinə etap edilib.
Müstəntiq tərəfindən ona RF CM 105 m. 1 b. (qətl) üzrə cinayət işi açılıb. Dindirilmə zamanı müttəhim göstərib ki, cinayəti içkili halda törədib, səbbə isə zərərçəkənin qızla danışığını bəyənmədiyi olub.
OXŞAR XƏBƏRLƏR