Azərbaycan–Türkiyə peşə təhsili əməkdaşlığı icra mərhələsinə keçir - FOTOLAR

Azərbaycan–Türkiyə peşə təhsili əməkdaşlığı icra mərhələsinə keçir - FOTOLAR
SOSİAL
15:59 11.02.2026
425
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti 8-12 fevral tarixlərində Türkiyə Respublikasına işgüzar səfər edib.
 
AZXEBER.COM xəbər verir ki, səfər çərçivəsində peşə təhsili sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş görüşlər keçirilib.

Səfər hər iki dövlət arasında peşə təhsili sahəsində əməkdaşlığın gücləndirilməsi, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyan  "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”dan irəli gələn öhdəliklərin icrası, birgə təsis ediləcək peşə təhsil müəssisələrinin fəaliyyətinin təşkili və qardaş məktəblərlə əlaqələrinin qurulması istiqamətində tədbirlərin görülməsi məqsədini daşıyır.

Səfər çərçivəsində Türkiyə Respublikası Milli Təhsil Nazirliyində nazir müavini Muhammet Bilal Macit və Peşə və Texniki Təhsil üzrə Baş İdarənin müdiri Salih Kaygusuz ilə görüşlər baş tutub.

Eyni zamanda nümayəndə heyəti Ankara şəhərində yerləşən Gölbaşı Mogan Turizm Peşə və Texniki Anadolu Liseyində olub, praktika əsaslı təlim, tədris-təcrübə mehmanxanası modeli və məzunların əmək bazarına inteqrasiyası mexanizmləri ilə tanış olub.

Daha sonra Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren ilə keçirilən görüşdə peşə təhsili üzrə ixtisaslar üzrə avadanlıq təchizatı və birgə layihələr müzakirə edilib. Bununla yanaşı, Ankara Universitetinin Baytarlıq fakültəsində dekan, professor Necmettin Ünal ilə görüş keçirilib, baytarlıq sahəsində kadr hazırlığı, müəllimlərin ixtisasartırması və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.

Səfər Azərbaycan-Türkiyə arasında peşə təhsili üzrə əməkdaşlığın artıq icra və praktik mərhələyə keçdiyini bir daha nümayiş etdirir.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
21:33 06.11.2026
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
21:27 06.11.2026
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
21:18 06.11.2026
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub