Azərbaycan və Türkiyə qardaşlığı tarixin bir çox ağır və məsuliyyətli sınaqlarından üzüağ çıxmışdır. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə bugünə qədər təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda yüksək tribunalardan ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün çalışmışdır. Xüsusən də Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın parlaq gələcəyi istiqamətində göstərdiyi səylər, türk dünyasının birliyi və həmrəyliyi yolunda atdığı ciddi siyasi addımlar olduqca əhəmiyyətlidir.
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü keçirilib.
"Türkiyə-Azərbaycan birliyi və qardaşlığı çox mühüm beynəlxalq amildir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaş ölkədə prezident seçkilərindən qısa müddət sonra, iyun ayının 12-13-də Azərbaycana etdiyi səfər də sabitlik, inkişaf və təhlükəsizliyə xidmət edən bu amilin önəmini bir daha qabarıq şəkildə bütün dünyaya nümayiş etdirir.
20 ildən çox müddət ərzində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dövləti və xalqı böyük və şərəfli inkişaf yolu keçmişdir. Əlbəttə ki, Türkiyə Prezidentinin seçkilərdə bu dəfəki qələbəsi də ölkədə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini və dəstəkləndiyini təsdiq edir. Bu gün Türkiyə şübhəsiz, dünya miqyasında böyük güc mərkəzinə çevrilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iyunun 13-də mətbuata bəyanatla etdiyi çıxışında da qeyd olunduğu kimi, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Azərbaycan və Türkiyə Prezidentlərinin istər təkbətək keçirdikləri görüş zamanı, istərsə də heyətlərin iştirakı ilə aparılan danışıqların gedişində bir daha ölkələrimizin ortaq niyyəti ifadə olundu, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin durduğu diqqət mərkəzinə çəkildi.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu "İki dövlət, bir millət” şüarı altında bərqərar olan Azərbaycan Türkiyə qarşılıqlı əlaqələri 2015-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında rəsmi müttəfiqlik statusu aldı.
İki il bundan öncə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərinin artıq rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir: "Dövlət başçımızın öz çıxışında dediyi kimi, iki gündən sonra biz Şuşa Bəyannaməsinin ikinci ildönümünü qeyd edəcəyik.
Şübhəsiz ki, Şuşa Bəyannaməsi tarixi əhəmiyyət kəsb edən bir sənəddir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 2020-ci ildə öz dahi xilaskar oğlunun, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu həyata keçirmişdir. İkinci Qarabağ savaşında əldə olunan tarixi Zəfərlə torpaqlarımızın işğalına birdəfəlik son qoyulmuş, ölkənin ərazi bütövlüyü bərpa olunmuşdur. Əlbəttə ki, bu şanlı Qələbənin əldə olunmasında Azərbaycan-Türkiyə qardaşlığı ən mühüm amillərdən biri kimi çıxış etmişdir.
44 günlük Vətən müharibəsinin gedişi və nəticələri bir daha sübut etdi ki, çağdaş dünyada baş verən geosiyasi proseslər fonunda güc amili əsas təsir vasitəsinə çevrilməkdədir.
Cənab İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib. Türkiyə üzərindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük ehtiyac var.
Bu gün bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsinin aparıldığını vurğulayan Prezident İlham Əliyev deyib ki, bu gün Azərbaycan və Türkiyə həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində fəal əməkdaşlıq edir.
Türkiyə növbəti beşillikdə Rəcəb Tayyib Ərdoğanın liderliyində öz qüdrətini, dünyadakı nüfuzunu daha da artıracaq. Böyük türk xalqı öz mövqeyini daha da qətiləşdirərək yeni dövrün başlandığını bütün dünyaya nümayiş etdirəcək. Azərbaycan və Türkiyə dövlətləri iki liderin qardaşlığının vəhdətində regionda növbəti uğurlara birlikdə imza atacaqlar.
Naftalan şəhər sakini: Samir Qocayev