Bu gün saytımızda verdiyimiz “‘Bakcell’ ‘Azercell’i məhkəməyə verdi və uddu” başlıqlı xəbər geniş səs-küyə səbəb olub.
AZXEBER.COM-un “femida.az”a istinadən verdiyi məlumata görə, “Bakcell LTD” MMC “Azercell”ə qarşı müqaviləyə əlavənin bağlanmış hesab edilməsi və zərərin ödənilməsi tələbi barədə məhkəmə iddiası qaldırıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Bununla da Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
İşə isə Ali Məhkəmədə baxılacaq.
Məsələylə bağlı AZXEBER.COM-a münasibət bildirən “Azercell” şirkəti məsələni bu cür izah edib:
“Hal-hazırda Bakcell ilə Azercell arasındakı münasibətlərlə əlaqədar qanuni qüvvəyə minmiş hər hansı bir məhkəmə qərarı mövcud deyil. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı elan edildikdən sonra, əgər bu qərarla iş təkrar baxılmaq üçün Appelyasiya Məhkəməsinə qaytarılmazsa,qanuni qüvvəyə minmiş məhkəmə qərarı barədə danışmaq olar.”
Mövzuyla bağlı araşdırmalarımız davam edəcək.