Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
İQTİSADİYYAT
17:10 14.05.2026
261
"Azercell Telekom” MMC 2025-ci ildə müştəri təcrübəsinin inkişafı, innovativ texnologiyaların tətbiqi və strateji tərəfdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycanın rəqəmsal transformasiyasında mövqeyini möhkəmləndirib

Rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən "Azercell Telekom” MMC 2025-ci ildə müştəri təcrübəsinin təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və korporativ tərəfdaşlıqların genişləndirilməsi istiqamətlərində fəaliyyətini uğurla davam etdirib.

Şirkət fərdi istifadəçilər, korporativ müştərilər və dövlət qurumları üçün etibarlı rəqəmsal tərəfdaş rolunu daha da möhkəmləndirib. İstifadəçi təcrübəsinin təkmilləşdirilməsi və xidmətlərdən istifadənin daha rahat və əlçatan olması şirkətin əsas prioritetlərindən biri olmağa davam edib.

Bu məqsədlə Azercell abunəçilərin rəqəmsal tələbatlarını daha çevik və fərdiləşdirilmiş şəkildə qarşılamaq məqsədilə "DigiMax” tarif paketini təqdim edib. Bu həll mobil internet, səsli rabitə və mesajlaşma xidmətlərini vahid paketdə birləşdirərək istifadəçilərə daha çevik və fərdiləşdirilmiş xidmət təcrübəsi təqdim edib.

"Müştəri xidmətlərinin rəqəmsallaşdırılması sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən biri "SİMA İmza” rəqəmsal imza platformasının istifadəyə verilməsi olub. Bu texnologiyanı ölkədə tətbiq edən ilk mobil operator olaraq Azercell yeni nömrələrin aktivləşdirilməsi və əksər əməliyyatların tam elektron formatda həyata keçirilməsini təmin edib. Bu yanaşma xidmət müddətini əhəmiyyətli dərəcədə azaldır, müştəri rahatlığını artırır və kağız istifadəsinin azalması ilə ekoloji təsirin minimuma endirilməsinə töhfə verir.

Eyni zamanda, şirkət mobil balansın gündəlik həyatda istifadə imkanlarını genişləndirib. "Wingz” MMC ilə əməkdaşlıq çərçivəsində abunəçilərə skuter icarəsi xidmətinin ödənişini birbaşa mobil balans vasitəsilə həyata keçirmək imkanı yaradılıb ki, bu da şəhərdaxili mobillikdə müasir və ekoloji yanaşmanı təşviq edir.

Dövlət təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələrə xüsusi diqqət ayrılıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hərbi qulluqçular üçün xüsusi rabitə həllərinin inkişafını nəzərdə tutan memorandum imzalanıb. Bu çərçivədə təqdim edilən "Əsgərcell” təklifi xidmət dövründə əsgərlərin yaxınları ilə etibarlı və təhlükəsiz əlaqəsini təmin edəcək.

Korporativ sektorda "Azercell Biznes” rəqəmsal biznes mühitinin tələblərinə cavab verən innovativ həllərin inkişafını davam etdirib. Əsas layihələrdən biri olan Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması müxtəlif rəqəmsal kanallardan daxil olan müraciətlərin mərkəzləşdirilmiş şəkildə idarə olunmasına, avtomatlaşdırılmış kommunikasiya proseslərinin həyata keçirilməsinə və süni intellekt əsaslı çatbotlar vasitəsilə 24/7 xidmət göstərilməsinə imkan yaradıb.

Sektorlar üzrə rəqəmsal həllərin inkişafı da hesabat dövründə diqqət mərkəzində saxlanılıb. Bu çərçivədə nəqliyyat və logistika sektoru üçün nəzərdə tutulmuş "YolDASH360” platforması təqdim olunub. Həll videomüşahidə, süni intellekt və GPS texnologiyalarını birləşdirərək monitorinq, təhlükəsizlik və əməliyyat idarəetmə proseslərinin daha effektiv təşkilinə imkan verir.

2025-ci ildə şirkət beynəlxalq tərəfdaşlıqlarını gücləndirməyə davam edib. Qlobal avtomatlaşdırma lideri UiPath ilə strateji əməkdaşlıq çərçivəsində təqdim olunan robotik proses avtomatlaşdırılması (RPA) həlləri korporativ müştərilərə əməliyyat səmərəliliyini artırmaq və resurslardan daha effektiv istifadə etmək imkanı yaradıb.

Azercell həmçinin telekommunikasiya və texnologiya sahəsində aparıcı beynəlxalq alyanslardan biri olan TM Forum-un rəsmi üzvü olub. Bu tərəfdaşlıq şirkətə rəqəmsal xidmətlərin inkişafı və müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində qabaqcıl təcrübələrə çıxış imkanı qazandırıb.

2025-ci ildə "Azercell TechTalks” təşəbbüsü çərçivəsində korporativ müştərilər üçün ilk konfrans təşkil olunub. "Gələcəyi dəyişən texnologiyalar” mövzusuna həsr edilən tədbirdə süni intellekt, təhlükəsiz rəqəmsal innovasiyalar və robotik avtomatlaşdırma kimi əsas texnoloji trendlər müzakirə olunub. Tədbirdə Amazon Web Services, Cisco, FutureBright Group və UiPath kimi aparıcı şirkətlərin nümayəndələri öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Beləliklə, 2025-ci il Azercell üçün rəqəmsal imkanların daha da gücləndirilməsi və xidmət portfelinin genişləndirilməsi baxımından əlamətdar olub. Şirkət Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verən müasir, innovativ və yeni dövrün tələblərinə cavab verən həllər təqdim etməklə bazardakı mövqeyini daha da gücləndirməyə davam edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
16:41 01.07.2026
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:31 01.07.2026
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
16:27 01.07.2026
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır