Azercell-in dəstəyilə Ecobox şirkətinin yeni ekoloji layihəsi başladı

Azercell-in dəstəyilə Ecobox şirkətinin yeni ekoloji layihəsi başladı
İQTİSADİYYAT
12:58 06.08.2018
4313
"Ecobox Collection and Recycling” MMC Azərbaycanın aparıcı telekommunikasiya şirkəti "Azercell Telekom”-un dəstəyilə yeni ekoloji layihəsinə start verib.

AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində cari tarixdən etibarən Bakı şəhərinin bir çox supermarketləri əhalinin istifadə edilmiş plastik və alüminium içki qablarını təhvil verə biləcəyi xüsusi utilizasiya aparatları, fandomatlarla təchiz olunub. "Ecobox Collection and Recycling” MMC-in direktoru Hacıağa Quliyevin qeyd etdiyi kimi, adıçəkilən layihəni ruhlandıran əsas məqam prezident İlham Əliyevin ətraf mühit problemlərinə həsr edilmiş konfrans zamanı çıxışı olmuşdur: "Ümumi daxili məhsulun artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, çoxşaxəlidir və uğurludur. Məhz bu səbəbdən ətraf mühitin qorunmasına və tullantıların azaldılmasına xüsusi diqqət verilməlidir”.

Quraşdırılan fandomatlar bir çox tərəflər üçün üstünlüklər vəd edirlər. Azercell Fakturasız xətt (SimSim) abunəçisi plastik və alüminium qabları fandomata daxil etdikdən sonra üzərində unikal şifrə olan qəbz əldə edəcək. Şifrə 9639 qısa nömrəsinə göndərildikdə abunəçi hədiyyə dəqiqələri qazanacaq. Böyük ölçülü fandomatlarda hədiyyə dəqiqələri nömrəyə birbaşa olaraq yüklənə bilər. Ən əsası isə, abunəçilər üçün hədiyyə dəqiqələrinin alınmasına məhdudiyyət yoxdur. Yüklənmiş dəqiqələr 30 gün ərzində istifadə oluna bilər və şəbəkədaxili zənglər üçün nəzərdə tutulub. İkincisi, bu Bakı şəhərində plastik və alüminium tullantılarının azalması və gələcəkdə şəhərin təmizliyinə ayrılan vəsaitə qənaət də deməkdir. Qəbz üzərində göstərilən məbləğ alış-veriş üçün və ya xeyriyyə məqsədlərinə ianə edilə bilər.

Azercell Telekom şirkətinin prezidenti Vahid Mürsəliyevin qeyd etdiyi kimi: "Azercell həmişə texnoloji tərəqqini dəstəkləyib, yeni texnologiyaların bəxş etdiyi rahatlığa xüsusi dəyər verib. Eyni zamanda, bir Azərbaycan şirkəti olaraq biz, ictimai cavabdehliyə və Azərbaycanın təbiətinin gələcək nəsillər üçün qorunub saxlanılmasına inanırıq, bu işdə əlimizdən gələni əsirgəmirik. Ümid edirik ki, layihə ölkədə ekoloji vəziyyətə müsbət təsir göstərəcək. Eyni zamanda da, müştərilərimizin əlavə üstünlüklər əldə etməsi çox müsbət bir haldır”. Sosial fəaliyyət istiqamətlərinin önəmli sahələrindən biri ətraf mühitə və cəmiyyətə qayğı olan Azercell Telekom bundan öncə də özündə həm texnoloji həlləri, həm də ekoloji əhəmiyyəti birləşdirən layihələr həyata keçirmişdir. Şirkət ölkədə ilk dəfə olaraq alternativ enerji ilə çalışan, ətraf mühit üçün faydalı "yaşıl” radio baza stansiyasını quraşdırmış, həmçinin, gündəlik təbii resurs sərfini hesablamağa imkan verən "Karbon kalkulyatoru” layihəsini həyata keçirmişdir.

Fandomat cihazlarının yerləşdiyi hipermarketlər, kampaniya qaydaları və s. suallar ilə bağlı abunəçilər www.ecobox.az saytı vasitəsilə daha ətraflı məlumat əldə edə bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu