Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
İQTİSADİYYAT
13:52 21.07.2026
353
"Azercell Telekom" MMC dünyanın aparıcı kibertəhlükəsizlik təşkilatlarından biri olan "FIRST”ə (Forum of Incident Response and Security Teams) rəsmi üzv qəbul edilib. 

Bununla da Azercell, "FIRST”ün qlobal şəbəkəsinə daxil olan ilk və yeganə Azərbaycan korporativ üzvü olmaqla yanaşı, ölkənin telekommunikasiya sahəsində rəsmi qeydiyyata alınmış ilk sektoral "Telecom CERT” komandası statusunu qazanıb.

"FIRST”ə üzvlük kibertəhlükəsizlik üzrə idarəetmə sistemi, insidentlərə operativ cavab imkanları və beynəlxalq əməkdaşlıq potensialını əhatə edən ciddi qiymətləndirmə prosesindən sonra təqdim olunur. Google, Microsoft, Amazon və Cisco kimi aparıcı texnologiya şirkətlərinin də təmsil olunduğu təşkilat hazırda 118 ölkədən 874 kibertəhlükəsizlik insidentlərinə cavab verən komandaları bir araya gətirir. Azərbaycandan "FIRST”ün üzvləri sırasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Milli Kibertəhlükəsizlik Agentliyi və Azərbaycan Mərkəzi Bankının komandaları da yer alır.

Azercell-in "FIRST”ə üzv qəbul edilməsi şirkətin kibertəhlükəsizlik sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və qlobal kibertəhlükəsizlik ictimaiyyətinin etibarlı tərəfdaşı kimi tanındığını təsdiqləyir.

Bu nailiyyət Azercell-in kibertəhlükəsizlik sahəsində uzunmüddətli və sistemli fəaliyyətinin nəticəsidir. Şirkət fəaliyyətini Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun olaraq inkişaf etdirir, texnoloji imkanlarını davamlı şəkildə gücləndirir.
Bu çərçivədə Azercell daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirərək insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin aşkarlanması və risklərin operativ qiymətləndirilməsi imkanlarını təkmilləşdirib. Gücləndirilmiş real vaxt monitorinq mexanizmləri isə potensial kibertəhlükələrin daha erkən aşkarlanmasına və onlara çevik reaksiya verilməsinə şərait yaradıb.

Azercell kibertəhdidlərin aşkarlanması və rəqəmsal təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən Azərbaycanın ilk telekommunikasiya şirkətidir.

"FIRST”ə üzvlük Azercell-ə real vaxt rejimində qlobal kibertəhlükələr barədə məlumat mübadiləsinə qoşulmaq, yeni yaranan təhdidlər haqqında erkən xəbərdarlıqlar almaq, qabaqcıl beynəlxalq təcrübədən yararlanmaq və dünyanın aparıcı kibertəhlükəsizlik komandaları ilə birbaşa əməkdaşlıq etmək imkanı yaradır. Bu isə kibertəhdidlərin qarşısının alınması və insidentlərə operativ cavab imkanlarını daha da gücləndirməklə yanaşı, şirkətin şəbəkəsinin və rəqəmsal xidmətlərinin dayanıqlığını artıracaq, eyni zamanda ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verəcək.

Şirkət kibertəhlükəsizlik sahəsinə investisiyalarını və beynəlxalq tərəfdaşlıqlarını genişləndirərək ölkənin rəqəmsal infrastrukturunun təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verməyə davam edəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
16:38 21.07.2026
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
16:12 21.07.2026
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
16:05 21.07.2026
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
15:56 21.07.2026
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
15:50 21.07.2026
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!