"Azercell" istifadəçilərini aldadır

"Azercell" istifadəçilərini aldadır
Bütün Xəbərlər
05:49 16.06.2011
2484
Ay nə bilim, 5 qəpiyə danış, yox 7 qəpiyə danış və s.

Mən özüm Azercell işlədirəm. Elə gözümü açandan. Ona görə də yuxarıda dediyim xəbərə elə birinci özüm sevinmişdim. Dəqiq desəm, Azercellin bir reklamı var idi (Elə indi də var). “Hər yerə” 1 dəqiqə-10 qəpik. Yəni digər mobil operatorlara, hətta evə də zəng vursam 1 dəqiqə üçün 10 qəpik gedəcək. Sonra Azercell yenidən sevindirdi məni. Yeni reklam çıxdı ki, “Şəbəkəxarici zənglərə 60% endirim”. Belə çıxdı ki, indi “hər yerə” 1 dəqiqə üçün 10 yox, 4 qəpik gedəcək! :) Yesss!!!

 Amma... sevinməyim elə gözümdə qaldı. Tam əmin olmaq üçün durdum zəng vurdum Azercell-ə. Deyirəm ki, qıza (call centerdəki) “İndi mən 60% endirimlə 4 qəpiyə danışacağam?” Qız: “Yox, elə endirimdən sonra siz 10 qəpiyə danışırsınız.” Mən: “Onsuz da 10 qəpiyə idi də, day 60% endirimin nə rolu oldu?” Cavab yoxdu. Qız bayaq dediyini dedi.

Day sözüm yoxdu! Belə çıxdı ki, 60% endirimdən sonra 10 qəpiyə danışırıqsa, endirimdən qabaq biz 1 dəqiqə üçün 25 qəpik (!) ödəyirdik? 25 qəpik??? Bunlar bizi aldadırlar??? Niyə bütün ölkələrdə mobil qiymətlər ucuzdu, bizdə isə yox? Axı ucuz və əlçatan mobil rabitə bizim haqqımızdır.

Həmişə düşünürdüm ki, ölkədə bircə bu sahə qalıb ki, bizə seçim imkanı verirlər. Amma bunu biləndə bilmirəm nəyə inanım? Bütün günü reklam edirlər, deyirlər, rəngli-rəngli divanlar qoyublar şəhərə. Yəni bütün bunlar “yolaverdi”di? Nə sayırlar bu camaatı? Saytlarına baxın. Yazıblar ki, “Əhatə dairəsi-Azercell ölkə əhalisinin 99,8 %, ölkə ərazisinin isə 80%-nı (20% işğal olunmuş əraziləri çıxmaq şərti ilə).”

Azercell saytlarında yazıb ki, missiyaları “Var olan dəyərləri qorumaq, Yeni dəyərlər yaratmaq və Dəyərləri paylaşmaq”.

Mən biləni bizim dəyərlərimizdə yalan məlumat vermək və qarşındakını aldatmaq, sual verdikdə isə yalandan “lapşalamaq” və s. yoxdur.

Fidan HƏSƏNOVA 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
22:31 23.05.2025
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar