Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi
İQTİSADİYYAT
13:30 23.09.2024
337
Lider mobil operator "Uğur qızlarımızındır” adlı sosial layihəyə start verdi.
AZXEBER.COM xəbər verir ki, sentyabr ayının 20-də 2023-2024-cü tədris ili üçün İnformasiya Texnologiyaları ixtisasları üzrə ən yüksək bal toplayaraq tələbə adını qazanmış qızlar Azercell-in qonağı oldular. Görüş "Azercell Telekom” MMC-nin Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyevanın, İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynovanın və Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın iştirakı ilə baş tutdu. 
"Şirkətimiz qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik bir sıra sosial təşəbbüslər həyata keçirir.  Gənclərimiz arasında sizin kimi savadlı, istedadlı, yüksək akademik nəticələr nümayiş etdirən qızlarımızın yer alması bizdə böyük qürur və sevinc hissi yaradır. Seçdiyiniz ixtisas cəsarət və uzaqgörənlik tələb edir. Ölkəmizdə yeni nəsil İT/İKT mütəxəssislərinin yetişdirilməsinə və peşəkar inkişafına töhfə verməyə sadiq bir şirkət olaraq sizə bu yolda daima dəstək göstərməyə hazırıq. İnanıram ki, məhz sizin kimi yenilikçi təfəkkürə sahib olan qızlarımız sayəsində innovativ və inklüziv cəmiyyətin qurulması üçün zəmin yarada biləcəyik”,- deyə tələbələri təbrik edən Şirin Əliyeva bildirdi.
Qızlara təhsil müddəti ərzində Azercell-də təcrübə keçmək imkanı verildiyini bildirən Dilarə Hüseynova qeyd etdi: "Şirkətimiz İT və İKT üzrə ixtisaslaşmış gənclərin inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə çalışan qadın əməkdaşlarımızın bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət ayrılır. Məqsədimiz sizin kimi istedadlı gənclərin peşəkar kadr kimi formalaşmasını təmin etməkdir”. 
Sona Abbasova isə öz növbəsində tələbələrə şirkətin korporativ məsuliyyət strategiyası haqda məlumat verdi, xüsusilə də qadınların gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqında danışdı. 
Görüş çərçivəsində tələbələrə dəyərli hədiyyələr və "SuperSən 10GB” tarif paketinə 6 aylıq abunəlik təqdim edildi. 
"Azercell Telekom” MMC bu il tələbə adını qazanmış bütün abituriyentləri təbrik edir, onlara daha da böyük uğur və nailiyyətlər arzulayır!
Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmişdir. 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
12:18 04.08.2025
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
12:18 04.08.2025
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
12:08 04.08.2025
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor