Azercell Ümumdünya Şahmat Olimpiadasının tərəfdaşıdır

Azercell Ümumdünya Şahmat Olimpiadasının tərəfdaşıdır
SOSİAL
16:56 02.09.2016
1643
Lider operator tədbirin peşəkar telefon mərkəzini təşkil edib
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC ölkəmizdə keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasına dəstək verir.
1 sentyabr tarixindən Bakıda start götürən Beynəlxalq Olimpiadada iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib və ümumilikdə 181 kişi və 142 qadın komandası mübarizə aparmaq üçün Azərbaycana gəlib. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. Ölkəmiz üçün belə bir əhəmiyyətli tədbirdə Azercell nümunəvi Müştəri Xidmətləri və Telefon Mərkəzini yaratdığına görə, Şahmat Olimpiadası boyu telefon mərkəzinin təşkilini təmin edir. Qeyd edək ki, indiyə qədər baş tutan bütün şahmat olimpiadalarında ilk dəfədir ki peşəkar telefon mərkəzi xidməti göstərilir və onun da təşkili Azercell Telekom-a həvalə olunub. Bununla da Azercell bu sahədə oz zəngin təcrubəsini və peşəkarlığını ölkəmizdə keçirilən möhtəşəm tədbirin uğurla baş tutmasına yönəldir. Xatırladaq ki, 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradan Azercell Telekom MMC EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkətidir. Məlumat üçün bildirək ki, Azercell indiyə qədər ölkəmizdə keçirilən bir sıra tədbirlərə və yarışlara müxtəlif cür dəstək verib. Onların arasında Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları, I Uşaq Paralimpiya Oyunların və s. Ölkəmizdə futbolun, voleybolun, gimnastikanın və uşaq idmanın inkişafına yönəlik bir çox layihələrə imza atıb.
Hazırda 150-dən çox ölkəni, 3 minədək idmançını və rəsmiləri əhatə edən əsas idman yarışlarından biri olaraq qəbul edilən Ümumdünya Şahmat Olimpiadasına dəstək olmaqdan məmnunluq hissini bildirən Azercell Azərbaycan milli komandasına uğurlar arzulayır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
11:33 10.05.2025
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
11:14 10.05.2025
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"