Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir

Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
İQTİSADİYYAT
15:10 25.06.2026
1680

"Azercell Telekom” MMC 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyi ilə tərəfdaşlıqda "Əsgərcell” xüsusi təklifini istifadəyə verir. Yeni təşəbbüs hərbi xidmət müddətində əsgərlərin ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz ünsiyyətini təmin edəcək.

Ölkədə ilk dəfə təqdim olunan bu təklifdən yararlanmaq üçün əsgərlər xüsusi şərtlərlə fərdi cihaz və nömrəni hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən əldə edə bilərlər. Təklif çərçivəsində nömrələrdə onlar üçün nəzərdə tutulmuş tarif aktiv ediləcək. İnformasiya təhlükəsizliyi tələblərinə uyğun hazırlanmış xidmət əsgərlərə müəyyən olunmuş saatlarda "ağ siyahı”ya əlavə etdikləri istənilən 5 nömrə ilə qarşılıqlı zənglər həyata keçirmək imkanı yaradacaq. Eyni zamanda, təcili çağırış nömrələri ilə əlaqə saxlamaq mümkün olacaq.

"Əsgərcell” təklifi 01 iyul 2026-cı il tarixindən etibarən aktiv olacaq. "Əsgərcell” nömrələrinin istifadə müddəti 18 ay müəyyən edilib. Bu müddət ərzində nömrələrin xətti daim açıq qalacaq.

Təklifə qoşulma şərtləri və ətraflı məlumat üçün: Əsgərcell.

"Azercell Telekom” MMC 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrini təbrik edir, Vətənimizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin keşiyində şərəflə xidmət edən bütün hərbçilərimizə dərin ehtiramını və minnətdarlığını bildirir.

Əsgərcell – şərəflə və sədaqətlə xidmətinizdəyik!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər