“Azercell” yenilənmiş “Premium” tarif paketlərini təqdim edir

“Azercell” yenilənmiş “Premium” tarif paketlərini təqdim edir
İQTİSADİYYAT
12:21 03.10.2024
483

Ölkənin lider mobil operatoru "Premium” tariflərinin imkanlarını genişləndirir. Oktyabr ayının 1-dən etibarən "Premium” abunəçilərinə daha sərfəli danışıq xidmətləri təqdim edilir, paketlərin aylıq abunə haqqı və digər imtiyazlar isə dəyişməz olaraq qalır.

Belə ki, "Premium” tarif paketləri çərçivəsində təqdim edilən şəbəkədaxili və şəbəkəxarici dəqiqələr ümumi ölkədaxili danışıq dəqiqələri ilə əvəz edilir. Bu da abunəçilərə daha rahat danışmaq, həm də nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verir. Abunəçilər seçdikləri "Premium” tarif paketindən asılı olaraq 3000, 4000 və ya 5000 ölkədaxili dəqiqədən yararlana bilərlər.

Həmçinin "Premium” tarif paketləri çərçivəsində abunəçilərə təqdim edilən "Premium+” loyallıq proqramında da dəyişikliklər tətbiq edilir.

Xatırladaq ki, proqrama fərdi "Premium Müştəri Dəstək Xətti”, Azercell Eksklüziv ofislərində "Sürətli keçid" xidməti, Mobil Müştəri Xidmətindən ödənişsiz istifadə, Telefon Mərkəzinin xidmətlərindən növbədənkənar və ödənişsiz yararlanmaq imkanı, ad günü hədiyyələri, eləcə də digər imtiyazlar daxildir.

 Proqrama aşağıda göstərilən yeniliklər əlavə edilir:

- "Kinon Premium”dan istifadə imkanı: Premium tarifinin istifadəçilərinə  xüsusi təklif şəklində 6  ay ərzində "Kinon Premium” xidmətindən yararlanmaq imkanı verilir.  Bu xüsusi təklifi aktivləşdirmək üçün Premium abunəçiləri telefonun ekranında *805#YES yığa bilərlər.  Təklifin müddəti bitdikdən sonra isə aylıq ödəniş cari tariflər üzrə hesablanacaq və 9 AZN təşkil edəcək.

Kinon 240-dan çox kanalın yüksək keyfiyyətli canlı yayımını, eləcə də məşhur film studiyalarının yeni film və seriallarını bir tətbiqdə birləşdirir. Xidmətdən eyni anda müxtəlif cihazlarda, ən əsası isə bir abunəlik çərçivəsində 5 fərqli hesab yaradaraq yararlanmaq mümkündür.

"Kinon”dan Android və iOS əməliyyat sistemlərini dəstəkləyən bütün smartfonlardaAndroid TV və Samsung Smart TV-lərdə, planşetlərdə və digər cihazlarda istifadə etmək olar. Tezliklə xidmət LG Smart TV-lər üçün də əlçatan olacaq.  Tətbiqi "Google Play” və "AppStore”dan yükləmək mümkündür.

-"Azercell" tətbiqində eksklüziv "Premium qızıl” dizayn: İyul ayının 31-dən etibarən Premium abunəçilərinin istifadəsinə xüsusi "Premium qızıl” rəngli interfeys təqdim edilib. Bu interfeys istifadəçilərə həmçinin "Premium+” loyallıq proqramının bütün üstünlükləri haqqında rahatlıqla məlumat əldə etmək və onlardan yararlanmaq imkanı verir.

Yeni dizaynın təqdim etdiyi eksklüziv xüsusiyyətlər gözəl vizual görünüş yaratması ilə yanaşı, müştəri-yönümlüdür və tətbiqdən istifadə təcrübəsini də təkmilləşdirir. Əsas səhifəyə əlavə olunan xüsusi "Premium” vidjet isə "Premium+” səhifəsinə keçidi asanlaşdırır. Premium tarifinin abunəçiləri üçün eksklüziv təqdim edilən ödənişsiz xidmətlər haqqında məlumatlar məhz burada öz əksini tapır. 

Premium tarif paketləri və "Premium+” loyallıq proqramı haqqında ətraflı məlumat üçün https://bit.ly/azercell_premium səhifəsinə keçid etməyiniz xahiş edilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
12:18 04.08.2025
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
12:18 04.08.2025
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı