Azercell" şirkətindən şikayətlər günü-gündən artır. Şirkətin bir müddət öncə təqdim etdiyi "10 GB - Azercell'də 10 manat!" kampaniyası abonentlərə böyük ziyan vurub.
AZXEBER.COM xəbər portalına məsələylə bağlı şikayətlər gəlib və ortaya şok faktlar çıxıb. Kampaniyadan istifadə edən abonentlərin dediyinə görə, onlar "Data Kart" əldə etdikləri ilk ay onlara 10 Gb internet trafik hədiyyə olunduğu barədə sms-bildiriş daxil olub. İnternet limiti bitdikdən sonra isə istifadəçilərin data-nömrənin balansına tələb olunan vəsaiti yenidən köçürmələrinə baxmayaraq beynəlxalq şəbəkə ilə əlaqə kəsilib. Həmin data-nömrəyə limitin müəyyən məbləğdə keçilməsi haqda sms daxil olub.
Bu halla qarşılaşan abonentlərdən biri deyir ki, dəfələrlə "Azercell Müştəri Xidmətləri"nin 4905252 nömrəsi ilə əlaqə saxlayıb və hər dəfə də ona eyni cavab verilib; " - Müraciətiniz araşdırılır."
Ancaq araşdırılan müraciətə cavab gəlməyib və “Azercell” növbəti dəfə abonentlərinin sualını cavabsız qoyub. AZXEBER.COM portalı "Azercell” müştəri xidmətiylə əlaqə saxlayıb və eyni cavabı eşitdib.
Qeyd edək ki, qarşı tərəfin də məsələ ilə bağlı fikirlərini portalda yayımlamağa hazırıq.
Fərid