“Azərenerji”nin vəzifəli şəxsi iş otağında öldü

“Azərenerji”nin vəzifəli şəxsi iş otağında öldü
Bütün Xəbərlər
12:30 04.02.2012
1524

“Azərenerji”nin vəzifəli şəxsi iş otağında ölüb. 

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Hadisə bu gün səhər saatlarında qeydə alınıb. “Azərenerji” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin baş mühəndisi, 50 yaşlı Rafiq İsgəndər oğlu Quliyev iş otağında dünyasını dəyişib. Mərhumun ölümünün səbəbləri məlum deyil. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR