"Azerfon" və "AZAL"dan yeni layihə: Artıq təyyarədə də telefondan istifadə edə biləcəksiniz
Bütün Xəbərlər
18:25 24.11.2011
2010
“Azerfon” və “AZAL” MDB məkanında təyyarələrdə rabitə xidmətlərinin tam çeşidini təqdim edən ilk operatorlar olacaqlarAZXEBER.COM-un məlumatına görə, Azərbaycanda 3G xidmətlərinin ilk provayderi olan “Azerfon” mobil operatoru Azərbaycan Hava Yolları (AZAL) və hava nəqliyyatında mobil rabitə sistemlərinin təchizatçısı olan İsveçrənin “OnAir”şirkəti ilə əldə olunan razılaşmaya əsasən “AZAL” şirkətinə məxsus təyyarələrdə mobil rabitə xidmətləri təqdim ediləcəkAzərbaycanda 3G rabitə xidmətlərinin ilk provayderi olan “Azerfon” şirkəti və Azərbaycan Hava Yolları “AZAL” şirkətinin 11 “Airbus” və 4 “Boeing” təyyarələrində mobil rabitə xidmətlərinin tam çeşidinin təqdim edilməsi haqqında planlarını bəyan etdilər. Bu hava nəqliyyatında mobil rabitə sistemlərinin dünya üzrə yeganə provayderi olan “OnAir” ilə eksklüziv sazişin nəticəsidir. Pilot layihə ilk dəfə Bakıda keçirilən “BakuTel 2011 Expo” sərgisində təqdim edilmişdi. 2012-ci ildə onun kommersiya baxımından işə salınmasından sonra, AZAL sərnişinləri NarMobile şəbəkəsi vasitəsilə bütün mobil və internet xidmətlərdən uçuş zamanı istifadə edə biləcəklər. Buraya səs və SMS xidmətləri, verilənlərin ötürülməsi və internetə giriş daxil olacaqdır. Bunun nəticəsində də, təyyarə sərnişinləri uçuş zamanı həmkarları, dostları və ailələri ilə eynilə yerdə olduğu kimi ünsiyyətdə ola biləcəklər. “Azerfon” ən şəffaf və ən innovativ mobil rabitə operatoru olaraq, mobil rabitə xidmətlərini “AZAL” şirkətinin təyyarələrinə gətirəcək “OnAir” ilə əməkdaşlıqdan çox məmnundur. “Azerfon” Azərbaycanda ən son telekommunikasiya texnologiyalarının tətbiqi baxımından birincilik ənənəsini davam etdirir. Təkcə Azərbaycanın yox, həm də bütün MDB regionunun telekommunikasiya sektorunun tarixində ilk dəfə olaraq, biz müştərilərimizi hətta havada belə rabitədə qalmaq kimi unikal bir imkanla təmin edəcəyik. Bizim dəyərli müştərilərimiz, 3G standartlı xidmətlərimizin köməyi ilə zəng edə, mətnli məlumatlar göndərə və vebsaytlara baş çəkə bilərlər. Bu Azərbaycanın telekommunikasiya sənayesində, Azərfon şirkətinin adı ilə bağlı növbəti sıçrayışdır” – deyə “Azerfon”un Baş İcraçı Direktoru Yurgen Pitz bildirmişdi.“ “AZAL” milli hava şirkəti, öz təyyarələrində mobil rabitə xidmətlərinin təşkil olunması layihəsini elan etmək imkanı qazandığına görə olduqca məmnundur. Biz bu xidmətlərin “Azerfon” milli operatoru və hava nəqliyyatında özəl rabitə xidmətlərinin yeganə qlobal provayderi olan “OnAir” ilə birgə işə salınacağı anı səbirsizliklə gözləyirik. Bu təkcə Azərbaycanda deyil, bütün regionda istər telekommunikasiya, istərsə də aviasiya sahəsində sözügedən qəbildən olan ilk yenilikdir. Təkcə “AZAL“ın sərnişinləri təyyarədə mobil telefonlardan və internetdən istifadə etmək imkanı əldə edəcəklər. Bu yeni texnologiya tamamilə təhlükəsizdir və müvafiq tənzimləyici qurumlar tərəfindən sertifikatlaşdırılmışdır” – deyə Azərbaycan Hava Yolları SC-nin prezidenti Cahangir Əsgərov bildirdi.Qeyd etmək lazımdır ki, bu layihənin texniki həlli hava nəqliyyatında özəl rabitə xidmətləri ilə məşğul olan “Airbus” (hava gəmilərinin aparıcı istehsalçısı) və “SITA” -nın (aviasiya üçün İT qərarlarının aparıcı provayderi) təsisçisi və sahibi olduğu “OnAir” şirkəti tərəfindən yerinə yetirilmişdir. Bu gün “OnAir“in bütün dünya üzrə, beş qitənin hər birində “Aeroflot”, “British Airways”, “Qatar Airways və digərləri daxil olmaqla, 35 bəyan edilmiş müştərisi vardır.“Azerfon” və “AZAL” texniki sınaqları başa çatdıran kimi, “Nar Mobile” və “Azerfon-Vodafon” müştəriləri bu xidmətlərdən istifadə edə biləcəklər. 3G standartlı internet qoşulma da daxil olmaqla, mobil rabitə xidmətləri, havaya qalxma və yerə enmə anları istisna olunmaqla, uçuşun bütün müddəti ərzində giriş imkanına malik olacaqdır. Bu cür xidmətlər üçün, rouminqə görə ödəniş haqqı tutulacaqdır.