"Azerfon"da pulsuz "facebook" olacaqmı?

"Azerfon"da pulsuz "facebook" olacaqmı?
Bütün Xəbərlər
17:05 24.11.2011
2069

""Azerfon" şirkəti Azərbaycanda ən innovativ və şəffaf mobil operator olmaqla, Azərbaycan mobil rabitə sahəsində ilk dəfə olaraq bir sıra yeni texnoloji həllər təklif etmişdir.  Biz MDB-də ilk dəfə olaraq bir sıra yeni innovativ həllər və layihələr təklif etmişik. Hər bir şirkətin öz maliyyə siyasəti var. Bu faktdır ki, bu gün "Azerfon" rəqiblərindən irəlidədir.

"Facebook"a pulsuz daxil olma sistemini də aktvləşdirməyi planlaşdırırıq. Amma bu yaxın zamanlarda gözlənilmir. Hazırda bizim üçün ən əsas məsələ istifadəçilərimizə təqdim etdiyimiz məhsulların keyfiyyətinin yüksək olmasıdır". AZXEBER.COM-un məlmatına görə, bu sözləri "Bakutel-2011" sərgisində jurnalistlərin suallarını cavablandıran "Azerfon" şirkətinin baş icraçı direktoru Yurgen Pitz deyib.   

OXŞAR XƏBƏRLƏR