“AzerGold”un təşkilatçılığı ilə səyyar tibbi müayinə aksiyası keçirildi - FOTOLAR

“AzerGold”un təşkilatçılığı ilə səyyar tibbi müayinə aksiyası keçirildi - FOTOLAR
İQTİSADİYYAT
13:56 14.07.2026
617
"AzerGold” QSC və "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Göygöl rayonunda üç gün davam edən səyyar tibbi müayinə aksiyası keçirilib.

AZXEBER.COM xəbər verir ki, "AzerGold” QSC və RİİB-in fəaliyyətinin 10 illiyi çərçivəsində təşkil olunan aksiya Göygöl rayonunun Tülallar, Zurnabad, Topalhəsənli və Gəncə kəndlərinin, eləcə də rayonun digər yaşayış məntəqələrinin sakinlərini əhatə edib. Aksiyanın ilk günü şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçılarına həsr olunub.

Peşəkar həkim briqadası tərəfindən ümumilikdə 436 rayon sakininə tibbi xidmət göstərilib. Sakinlər oftalmoloq, terapevt, otorinolarinqoloq (LOR), endokrinoloq, kardioloq, nevroloq, pediatr və ümumi cərrah müayinələrindən keçməklə yanaşı, ultrasəs müayinəsi (USM), exokardioqrafiya (EXO), elektrokardioqrafiya (EKQ), qanın və sidiyin ümumi analizi, qanda virus hepatitlərinin təyini, ambulator arterial təzyiq monitorinqi və qanda şəkər səviyyəsinin müəyyən edilməsi kimi diaqnostik xidmətlərdən də ödənişsiz yararlanıblar.

Aksiya çərçivəsində ilk dəfə olaraq rayon sakinlərinə müasir diaqnostik avadanlıqlarla təchiz edilmiş səyyar oftalmoloji klinikada da xidmət göstərilib. Burada ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün müəyyənləşdirilməsi və digər ixtisaslaşmış oftalmoloji xidmətlər həyata keçirilib.

Ümumilikdə aksiya müddətində rayon sakinlərinə 2 527 tibbi xidmət göstərilib. Müayinələr zamanı müxtəlif xəstəlik və sağlamlıq problemləri aşkarlanan vətəndaşlara müvafiq müalicə təyin olunub, əlavə müayinə və ixtisaslaşmış tibbi yardıma ehtiyacı olan şəxslərə isə aidiyyəti tibb müəssisələrinə müraciət etmələri tövsiyə edilib.

Qeyd edək ki, "AzerGold” QSC tərəfindən 2021-ci ildən etibarən mütəmadi olaraq həyata keçirilən səyyar tibbi müayinə aksiyalarının əsas məqsədi ucqar yaşayış məntəqələrində yaşayan əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik müayinə mədəniyyətinin təşviqidir. Bu günədək keçirilmiş aksiyalar çərçivəsində ümumilikdə 2 936 nəfər sakinə 11 890 tibbi xidmət göstərilib.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dənizə getmək istəyənlərin nəzərinə!
10:08 12.09.2026
Dənizə getmək istəyənlərin nəzərinə!
Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR
10:06 12.09.2026
Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama