“Azeri Light”ın qiyməti 120 dolları ötdü

“Azeri Light”ın qiyməti 120 dolları ötdü
İQTİSADİYYAT
11:06 12.09.2026
61
Dünya bazarlarında "Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

 Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,48 dollar və ya 0,4% artaraq 120,02 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 119,54 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, "Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində "Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb
OXŞAR XƏBƏRLƏR