"Azəriqaz"dan xəbərdarlıq

İQTİSADİYYAT
10:05 27.07.2012
2833
Bu ilin birinci yarısında ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin 185 nömrəli «qaynar xətt»inə daxil olmuş müraciətlərin əksər hissəsinin sayğacların koda düşməsi ilə bağlı olmasını nəzərə alaraq, «Azəriqaz» İB «smart-kart» tipli sayğacların istismarı ilə bağlı bəzi zəruri məlumatları bir daha abonentlərin diqqətinə çatdırıb.Müraciətdə bildirilir ki, «smart-kart» tipli sayğaclarla ehtiyatsız davranma, qaz xəttində sızmanın olması, mənzildə istifadə olunan sayğacın göstəricisinin qəbul olunan sərfiyyat miqdarından artıq olması, qaz xəttinə əlavə qoşulmalar, sayğaca hər hansı bir müdaxilə kimi hallar baş verdikdə sayğacın klapanı dərhal qapanır, sayğac avtomatik olaraq koda düşərək bağlanır və bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür: «Sayğac koda düşərək bağlanan zaman müdaxilə etməklə onu işə salmaq mümkün deyil. Bu zaman sayğac işlək vəziyyətə yalnız xüsusi servis kartı vasitəsi ilə gətirilir. Servis kartları Qaz istismar sahələrinin ərazi xidmətlərindədir».Sayğac koda düşərək bağlanan zaman 104 nömrəsinə və ya yerli Qaz İstismar Sahəsinə zəng edərək bu haqda məlumat vermək lazımdır. «Qaz istismar sahəsinin əməkdaşları gündüz saatlarında qısa müddətdə ünvana gəlib sayğacı işlək vəziyyətə gətirir. Koda düşmə gecə saatlarında baş verdikdə, problemin həlli üçün zəruri tədbirlər səhər saatlarında həyata keçirilir», - deyə müraciətdə bildirilir.
//APA

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq