"Azərisən?" sualına əsəbləşən türkiyəli qadın həbs edildi

"Azərisən?" sualına əsəbləşən türkiyəli qadın həbs edildi
Bütün Xəbərlər
12:02 19.04.2013
3153
Türkiyədə polisin "sən azərisən?" sualına “azəriyə bənzər bir halımmı var” deyə cavab verən qıza həbs cəzası verilib.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, iki il öncə Trabzonda 30 yaşlı Çiğdəm Tekdemir ünvan soruşmaq üçün polisə müraciət edib. Polis əməkdaşı qadına "sən azərimisən?" deyə sual verib. Bundan əsəbləşən qadın polisə etiraz edib və ona "azəriyə bənzər bir halımmı var" deyə cavab verib.Bundan sonra qadınla polis arasında irqçiliklə bağlı mübahisə başlayıb. "Mübahisədə mən polisə "sən irqçisən" deyə qışqırdım. Daha sonra mən özümü itirmişəm. Nə dediyimi xatırlamıram. Polis də mənim əsəbi halda dediklərimi təhqir olaraq qəbul edərək, məhkəməyə müraciət edib".
OXŞAR XƏBƏRLƏR