“Azərsu” əməkdaşı bıçaqlandı

“Azərsu” əməkdaşı bıçaqlandı
SOSİAL
15:29 18.02.2022
269
"Azərsu” ASC-nin Abşeron Sukanal İdarəsinin əməkdaşları fiziki təzyiqə məruz qalıb.

Bu barədə AZXEBER.COM-a qurumdan bildirilib.

Məlumatda deyilir ki, səhmdar cəmiyyəti abunəçilərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə-təbliğat işlərini gücləndirsə də, bəzi vətəndaşlar ödənişdən yayınmağa cəhd edir, xidməti vəzifələrini yerinə yetirən "Azərsu” əməkdaşlarına qarşı kobud rəftar edir, onları fiziki təzyiqlərə məruz qoyurlar.

Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş yaşayış massivi, ev 6 b, mənzil 10 ünvanında olan abunəçinin içməli su təchizatı xidmətlərindən istifadəyə görə 170 manat borcu yaranıb. Borcu ödəmək barədə dəfələrlə xəbərdarlıq edilsə də, vətəndaş borcu ödəməkdən imtina edib. "Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb. "Abşeron Sukanal” İdarəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq borc ödənilmədiyi üçün su təchizatının dayandırılacağını bildiriblər. Bu zaman həmin mənzildə yaşayan Ələkbər Ələkbərov adlı şəxs Abşeron Sukanal İdarəsinin əməkdaşı Vəfadar Güliyevin üstünə hücum çəkərək ona bıçaqla xəsarət yetirib.

"Azərsu”yun digər əməkdaşına qarşı fiziki təzyiqi Abşeron rayonu, Nübar qəsəbə sakini Müzəffər Mahmudov göstərib. 210 manat borcu olan abunəçiyə dəfələrlə xəbərdarlıq edilsə də o, buna məhəl qoymayıb, ödənişdən imtina edib. Növbəti dəfə Abşeron Sukanal İdarəsinin əməkdaşları həmin ünvanda olub. İdarənin əməkdaşı Elbrus Allahverdiyev borcun ödənilməsinin vacibliyini bildirdikdə abunəçi Müzəffər Mahmudovun qəfil zərbəsinə tuş gəlib. Baş nahiyəsindən zərbə alan E.Allahverdiyevin dişi sınaraq ciddi xəsarət alıb.

Baş vermiş hadisələr nəticəsində zərərçəkənlərə tibbi yardım göstərilib və tibbi ekspertizaya göndərilib. Hər iki faktın araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə müraciət olunub.

"Göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abunəçi yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər", - deyə "Azərsu" bəyan edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
15:48 07.03.2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
15:31 07.03.2026
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
15:21 07.03.2026
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
15:05 07.03.2026
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
İran birjası ikinci elana qədər bağlı qalacaq
15:03 07.03.2026
İran birjası ikinci elana qədər bağlı qalacaq