‘Azərsu’ ‘Park Bulvar’ın suyunu kəsdi - FOTOLAR

‘Azərsu’ ‘Park Bulvar’ın suyunu kəsdi - FOTOLAR
Bütün Xəbərlər
15:01 29.12.2012
1780

Bakının tanınmış ticarət mərkəzlərində biri, Dənizkənarı parkda yerləşən “Park Bulvar”ın suyu kəsiılib.

Suyun kəsilməsi barədə göstəriş “Azərsu” ASC-dən verilib. Bu, “Park Bulvar”ın istifadə etdiyi suyun puluna görə külli miqdarda borcunun yaranmasıdır.

Hazırda “Park Bulvar”dakı restoranlar işləmir. Restoranda oturmaq istəyən müştərilərə bildirilir ki, suyun olmaması səbəbindən obyekt fəaliyyətini müvəqqəti dayandırıb. Restoran işçiləri əməkdaşımıza bildiriblər ki, onlar istifadə etdikləri suyun pulunu vaxtında “Park Bulvar”a ödəyirlər. Yəni, yaranan borcun sahibkarla heç bir əlaqəsi yoxdur, mübahisə “Azərsu” ilə “Park Bulvar” rəhbərliyi arasındadır.(musavat.com)

OXŞAR XƏBƏRLƏR