“Azərsu”dan abonentlərə - XƏBƏRDARLIQ

“Azərsu”dan abonentlərə - XƏBƏRDARLIQ
Bütün Xəbərlər
17:41 22.08.2014
2325
İki rayonda içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.
23 avqust 2014-cü il tarixdə saat 09:00-dan etibarən Nəsimi və Səbail rayonlarının bir hissəsinə - Bülbül və Azadlıq prospektləri arasında yerləşən abonentlərə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaqdır.
AZXEBER.COM xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması ilə bağlıdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR