‘Azərsun Holdinq’ 1900 uşağı sevindirdi - FOTOLAR

GƏNCLİK
13:11 14.03.2012
1538

Azərsun Holdinq” Novruz bayramında da uşaqları sevindirdi.

AZXEBER.COM-un məlumatına görə, böyük işçi qüvvəsinin əməyilə illərdir ki bazar lideri olan konserv məhsulları markası Bizim Tarla və doğma çay Azerçay Novruz bayramı qabağı İmişli və Biləsuvarlı uşaqları bayram tövhəsilə sevindirdi. Bakı, Biləsuvar və İmişli rayonlarında təşkil olunan şənliklərdə 1900 uşaq Bizim Tarla və Azerçaydan şirin hədiyyə paketi ilə şənləndi. Daima cəmiyyət, ətraf mühit haqqında düşünən bu markalar, onları bu yerlərə gətirən əməkdaşlarını da diqqətdən kənar qoymadı. Əməkdaşların uşaqları və nəvələrini bir araya toplayıb uşaqlığın əsl ləzzətini çıxarmaq üçün imkan yaratdı. Təkcə Bizim Tarla markasının Biləsuvarda yerləşən Natural Green Land kənd təsərrüfatı kompleksində 600-ə qədər işçi yaz-qış əmək sərf edir və onların əməyinin bəhrəsi olaraq istehlakçılarımız ilin istənilən fəslində pomidor, xiyar, noxud kimi konserv məhsullarını almaq imkanı əldə edir. Əkinçilik, yığım, qablaşdırma kimi çətin prosesləri özündə birləşdirən konserva məhsulları və daha çox qayğını sevən çay plantasiyalarından xüsusi diqqətlə seçim tələb edən çay istehsalı işçi qüvvəsinin zəhməti və diqqətilə ərsəyə gəldiyi üçün Bizim Tarla və Azərçay markaları daima əməkdaşlarını düşünür və onları həmişə məmnun etməyə çalışır. Bütün bayramlarda fərqli kampaniya və tədbirlərilə həm istehlakçıları həm də əməkdaşlarını sevindirən Bizim Tarla və Azərçay bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir!

OXŞAR XƏBƏRLƏR